Azərbaycanda xəstəxanada daha bir insan öldü — MÜƏMMA

Hadisə

Qax rayonunun Qaxbaş kənd sakini, 1970-ci il təvəllüdlü Anar Fazil oğlu Bayramov bu gecə Qax Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsində ölüb.

A.Bayramov iyunun 15-də səhəti ilə bağlı xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Elə həmin gün axşam saatlarında A.Bayramov öz arzusu ilə xəstəxananı tərk edib.
İyunun 16-sı axşam saat 23:00 radələrində A.Bayramov Qax Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım söbəsinin əməkdaşları tərəfindən yaşadığı ərazidən xəstəxanaya gətirilərək cərrahiyyə şöbəsinə yerləşdirilib.
A.Bayramov xəstəxanaya daxil olduqdan bir neçə saat sonra dünyasını dəyişib.