Bakıda maşın şagirdi məktəbin həyətində vurdu

Hadisə

Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində qəza baş verib.

Baku.ws-ə istinadən məlumata görə, “Hyundai-Azera” markalı avtomobil məktəbin girişində məktəblini əzib.

Məktəbdən bildirilib ki, hadisə nəticəsində məktəbin bir şagirdi yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində şagird Qurbanəli Kərəm oğlu Qurbanəliyev Kliniki Tibbi Mərkəzə yerləşdirilib, hazırda həkim nəzarətindədir.