Bakıda DƏHŞƏT: Ər xəstəxananın həyətində arvadının başını kəsdi

Hadisə

Bakıda ər arvadının boğazını kəsib.

Hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.

Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib.

Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.