Tovuzda ilk körpəsini dünyaya gətirən ana ölüb

Hadisə

Tovuzda ana ölümü baş verib.
Məlumata görə rayonun İbrahimhacılı kənd sakini, 1998-ci il təvəllüdlü Tağıyeva Aytac rayon Doğum Şöbəsində körpə dünyaya gətirən zaman ölüb.

Məlumata görə, bu qadının ilk doğuşu olub. Dünyaya gələn uşağın vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.