Quba sakini üzərində narkotiklə yaxalanıb
- 6-06-2019, 11:25
- 900
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, İ.Əliyevin üzərinə keçirilən şəxsi baxış zamanı onun əlindəki sellofan torbada çəkisi 350 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.