Azərbaycanda bələdiyyə sədri qəzaya düşərək ÖLDÜ

Hadisə

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Tatlı kəndi ərazisində baş verib. Yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni ittirərək əvvəlcə yolun kənarındakı ağaca çırpılıb, daha sonra kanala düşüb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, ölən şəxs Goranboy rayonunda kənd bələdiyyə sədridir. Faktla bağlı araşdırma aparılır.