İndi də eşşək adamı dişlədi - Qubada

Hadisə

Qubanın Ərməkiqışlaq kənd sakininin əlini eşşək dişləyib.

Rayonun Ərməkiqışlaq kənd sakini 2004-cü il təvəllüdlü Rahib Firuz oğlu Quliyevin əlini təsərrüfat işləri ilə məşğul olarkən eşşək dişləyib. O, Quba Mərkəzi rayon Xəstəxanasına müraciət edib. R.Quliyevə sol əlin geniş həcmli dişlənmiş yarası, 4 və 5-ci barmaqların zədələnməsi diaqnozu qoyulub.

Həkimlər onu vaksinasiya edərək yaralarını tikiblər.

Faktla bağlı araşdırma aparılır.