Bakıda dəhşətli intihar - Yazar özünü 17-ci mərtəbədən atdı

Hadisə

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayon, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunun 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

***

Məlumata görə, intihar edən şəxs gənc yazar Mövlud Mövluddur. O, jurnalist Sevinc Fədai ilə evli idi, onlar ailədaxili problemlərə görə boşanma ərəfəsində olublar. Cütlük uzun müddət imiş ki, birlikdə yaşamırmış.