Evində narkotik bitki əkib-becərən Şəki sakini saxlanılıb
- 18-04-2019, 10:14
- 954
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 24 yaşlı Mirseyid Ağababayev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif plastik qablarda kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə bitkisinin şitillləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.