ƏVVƏLKİ MƏHKUMUN EVİNDƏ NARKOTİK AŞKARLANIB
- 12-04-2019, 14:07
- 810
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Talalar kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş 53 yaşlı Çingiz Yolçuyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri, eləcə də 790 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.