Bakıda daha bir məcburi köçkünlərin yataqxanası YANIR

Hadisə

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.

Hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.