Bakıda gəlin qaynanasını döyüb xəstəxanalıq etdi
- 10-04-2019, 10:13
- 1 161
Baku.tv-yə istinadən xəbər veririk ki, ailə münaqişəsi zəminində baş verən hadisə Nizami rayonunun Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
Hadisə zamanı gəlin 1959-cu il təvəllüdlü qaynanasına - İsayeva Sara Abbas qızına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.