Bakıda polis zabiti restoranda öldü

Hadisə

Bakıda restoranda ölüm hadisəsi baş verib.

xalqxeber.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb. Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

R. Abbasov təqaüddə olan polis zabitidir.

Faktla bağlı araşdırma aparılır.