Psixotrop dərmanlar satan şəxs saxlanıldı - Foto
- 6-04-2019, 12:45
- 968
DİN-ə istinadən xəbər veririk ki, bununla bağlı şəhər sakini 38 yaşlı Alim Quliyev saxlanılıb. Onun başqa bir şəxsə psixotrop tərkibli 2 ədəd “Tramadol” həbini satmaq istədiyi müəyyən olunub. A. Quliyevin yaşadığı evə də baxış keçirilib.
Baxış zamanı oradan 12,26 qram qurudulmuş marixuana, 360 ədəd “ Tramadol” və 12 ədəd “Pregabalin” adlı güclü təsiredici xüsusiyyətə malik dərmanlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.