Goranboyda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb
- 6-04-2019, 11:47
- 889
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini 33 yaşlı Samir Kərimov olduğu müəyyən edilib. Aparılan araşdırmalarla onun vətəndaşa məxsus evdən bir ədəd 1200 manat dəyərində brilyant qaşlı qadın üzüyü oğurladığı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.