Bakıda otel rəhbəri olan türkiyəli iş adamı öldü

Hadisə

Bakıda otel rəhbəri müəmmalı şəkildə ölüb.

Nərimanov rayonunda yerləşən “Golden Shayn” otelinin rəhbəri, Türkiyə vətəndaşı Mehmet Ali Altınterim aprelin 4-də gecə saat 03 radələrində evində vəfat edib.

60 yaşlı M.A.Altınterimin ölüm səbəbinin müəyyən olunması üçün məhkəmə tibbi ekspertizası təyin edilib.