Gəmi Təmiri Zavodunda oğurluq

Hadisə

Bakıda Gəmi Təmiri Zavodu qarət edilib.

Daxili İşlər Nazirliyinə istinadən məlumata görə, martın 13-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus Zığ qəsəbəsindəki gəmi təmiri zavodundan metal və mis hissələri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adil Kazımov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.