At arabası aşdı, ölən var

Hadisə

Qax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 13-da Qax rayonunun Qorağan kəndində kənd sakini Şahin Əliyev sürdüyü at arabasının aşması nəticəsində aldığı xəsarətdən ölüb.