Binəqədidə faciə: atanın maşını qızının üstündən keçdi

Hadisə

Bakının Binəqədi qəsəbəsində bədbəxt hadisə qeydə alınıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 10-da Binəqədi qəsəbəsində yaşayan F.Soltanlı evinin həyətində “Mercedes” markalı avtomobilini saxlayıb düşüb.

Bu zaman avtomobil əyləcdən çıxıb hərəkətə gəldiyindən sürücünün azyaşlı qızı təkərin altında qalaraq ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.