Biləsuvar sakinindən narkotik maddə götürüldü
- 1-03-2019, 13:07
- 934
Bununla bağlı DİN mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
N.Zəkiyevin üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən polietilen seloffana bükülmüş 154.06 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı N.Zəkiyev narkotik maddəni Gəncə şəhərinə satmaq üçün gətirdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.