Cəlilabadda kütləvi zəhərlənmə – 14 nəfər xəstəxanaya yerləşdirilib

Hadisə

Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.

Hadisə marketlərdən birində qeydə alınıb.

Belə ki, 14 nəfər zəhərlənmə əlamətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan bir neçəsi Reanimasiya şöbəsinə yerləşdirilib.

Zəhərlənmənin yuyucu vasitələrdən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.