Şübhəli şəxs kimi saxlanıldı, üzərindən narkotik çıxdı...
- 25-02-2019, 10:05
- 926
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, fevralın 22-də ŞRPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Sərxan Abdurəhimov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 475 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.