X sinif şagirdi 18 yaşlı gənci bıçaqladı
- 11-02-2019, 15:52
- 962
Şəki şəhər sakinləri - 2003-cü il təvəllüdlü Məmməd Əyyubov mübahisə zəminində 2001-ci il təvəllüdlü Nəzir Adil oğlu Abdullazadəni bıçaqlayıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona bel nahiyəsinin sağ və sol tərəflərinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Qeyd edək ki, M.Əyyubov Şəki şəhərindəki ümumtəhsil məktəblərindən birinin X sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.