Qubada qanunsuz ov edən şəxs saxlanılıb

Hadisə

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yanvarın 31-də qanunsuz ov etdiyinə görə Quba rayonu, 2-ci Nügədi kənd sakini Firudin Həbibov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan zaman həmin şəxsdən 1 ədəd “Tula” markalı ov tüfəngi və 5 ədəd patron, habelə ovladığı 2 ədəd çöl göyərçini götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.