BP-yə məxsus “Land Cruiser” “QƏZA TÖRƏTDİ - ölən və yaralananlar var

Hadisə

Ötən həftənin cümə günü Xocahəsən yolunda BP şirkətinə məxsus olan H 021 705 dövlət nömrə nişanlı “Land Cruiser” markalı avtomobil, 90 HN 079 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil ilə toqquşub.

Avtosfer.az-a istinadən xəbər veririk ki, nəticədə “07”-də olan 3 nəfərdən 1-i yerindəcə keçinib, ikisi ağır yaralanıb.

Qeyd edək ki, avtomobili BP-yə məxsus “Atilla” adlı şirkətin sürücüsü idarə edib. Sürücü heç bir xəsarət almayıb.

Xatırladaq ki, BP-yə məxsus olan avtomobillərin sürücüləri bir vaxtlar digərlərinə nümunə olaraq göstərilirdi. Görünür artıq bu ənənə keçmişdə qalıb.