Avtomobil piyadanı öldürdü, sürücü hadisə yerindən qaçdı

Hadisə

Yanvarın 25-dən 26-na keçən gecə saat 1 radələrində Ağdaş rayonunun Ləki kəndi ərazisində müəyyən edilməmiş avtomobillə 65-70 yaşlı kişi vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, o, hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.