QANUNSUZ SAXLANILAN SİLAH GÖTÜRÜLDÜ
- 26-01-2019, 11:34
- 914
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yanvarın 25-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Ərəkit kənd sakini Fazil Allahyarovdan müvafiq sənədləri olmayan “TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb. F. Allahyarova İnzibati Xətalar Məcəlləsinin 590.2 –ci maddəsi ilə protokol tərtib olunaraq İsmayıllı Rayon Məhkəməsinə göndərilib.