Şirvanda oğurluq edən şəxslər saxlanılıb
- 17-01-2019, 12:01
- 893
Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Yevgeni Vatolin və Hacıqabul rayon sakini Rəşad Ağamaliyev saxlanılıblar. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları əşyaların bir qismi maddi sübüt kimi götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.