QADINA QARŞI SOYĞUNÇULUQ EDƏN ŞƏXS SAXLANILDI
- 11-01-2019, 12:16
- 1 116
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib. Onun ötən ilin dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə içərisində ümumi dəyəri 1832 manat olan pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkar edilmişdir. O, saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.