Azərbaycanda “zapravka”da PARTLAYIŞ - Yaralananlar var

Hadisə

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.