Bakıda körpü uçdu, hərəkət dayandı
- 7-03-2017, 14:55
- 2 863
xalqxeber.az xəbər verir ki, buna səbəb bir həftə əvvəl ağır tonnajlı yük maşınının körpüyə çırpılması olub. Hadisə zamanı yol ötürücüsü qəzalı vəziyyətə düşüb.
Azərbaycan Dəmir Yolları QSC-in mətbuat xidmətinin rəhbəri Sevinc Qədirlinin aznews.az -a verdiyi məlumata görə hazırda qəzalı vəziyyətə düşən körpünün təmir işlərinə başlanılıb:
“Təmir işləri ilə bağlı sözü gedən ərazidə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.”