Avtobus işıqforda dayanmış maşınlara ÇIRPILDI - ÖLƏN VAR
- 19-11-2018, 14:43
- 1 409
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi "Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.
Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.
Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.