"Soliton"un kredit şöbəsinin əməkdaşını döyüb, xəstəxanalıq etdilər
- 19-11-2018, 11:40
- 1 368
Hadisə Bakı-Sumqayıt yolunda baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Elçin oğlu Qarayevə qəfildən 5 nəfər hücum edərək onu döyüblər. Müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Qarayev ətrafdakıların kömkəyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.