Qubada avtoxuliqanlıq edən gənclər saxlanılıb - FOTO
- 14-11-2018, 17:08
- 1 611
xalqxeber.az-a DİN-dən daxil olan məlumatda deyilir ki, araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Quba rayon sakinləri olan 15 gəncin sosial şəbəkələrdə dostluq qrupları yaratmaları, öncədən konkret tarixdə və ünvanda yarışacaqları barədə elanlar verərək bu mövzuda müvafiq paylaşımlar etməsi, daha sonra isə şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. Əsasən Rusiya istehsalı olan “Niva”, “Lada Priora” “VAZ 2016”, “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib.
Avtxuliqanlıq etmiş qrupun bir üzvü-Cahangir Fərzəliyev “VAZ 2115” markalı avtomobillə polis əməkdaşlarının “saxla” əmrinə tabe olmamış, yol-nəqliyyat hadisəsi törədərək həmin nəqliyyat vasitəsinin hadisə yerində qoyub qaçmışdır. Hazırda onun da saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.