Xəstəxanada hadisə - 7 nəfər Toksikologiyaya aparıldı
- 8-11-2018, 15:59
- 1 213
A24.az-a istinadən xəbər veririk ki, Bakının Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasının binasına qaz iyinin daxil olmasından sonra 7 nəfər xəstəxana işçisi zəhərlənib.
***
Səhiyyə Nazirliyindən bildirilib ki, poliknikanın yerləşdiyi bina qaz xətti ilə təchiz olunmayıb: “Səhər poliklinikada şübhəli qoxu hiss olunub. Baş həkim hər ethimala qarşı bütün heyəti binadan kənara çıxarıb. Dərhal polisə və Fövqəladə Hallar Nazirliyində məlumat verilib. Həmin zaman 7 nəfər baş gicəllənməsinə görə Toksikologiya Mərkəzinə gətirilib. Onların zəhərlənmədiyi məlum olub, evə buraxılıblar”.