Bakıda bacı qardaşının evindən oğurluq etdi
- 4-10-2018, 13:57
- 1 543
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, Xəzər rayon Polis idarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də Buzovna qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin bacısı, Sabirabad rayon sakini S.Nəsirova saxlanılıb.