Sumqayıtda futbolçu qəzada həlak oldu

Hadisə

“Sumqayıt”ın U-15 komandasının futbolçusu Ayxan Qasımov avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

"Sumqayıt" Futbol Klubu futbolçunun vəfatından kədərləndiyini bildirib və ailəsinə dərin hüznlə başsağlığı verib.