Sabirabadda mikroavtobus yük maşını ilə toqquşdu - 8 nəfər yaralandı

Hadisə

Sabirabad rayonunda mikroavtobus yük maşını ilə toqquşub.

Hadisə saat 06:30 radələrində rayonun Polad Toğayı kəndi ərazisində baş verib.

Qəza nəticəsində 8 nəfər xəsarət alıb. Əksəriyyəti qadın olan yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.