Ailəsi ilə dalaşdı, özünü yandırdı - Maştağada

Hadisə

Bakıda ailəsi ilə mübahisə edən gənc öz üzərinə benzin tökərək yandırıb.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Beləki, 28 yaşlı Zahid Fəttahov Maştağa qəsəbəsində yaşadığı evdə ailə-məişət zəminində mübahisə zamanı intihar etmək məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb.

Ailə üzvləri yanğının qarşısını alıb. O, Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Z.Fəttahovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.