Xarici vətəndaşa məxsus mağazadan oğurluq edən şəxlər saxlanılıb
- 14-09-2018, 17:40
- 1 145
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada sürücü işləyən Ağasəf Seyidov şübhəli qismində saxlanılıb. İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və bu işdə ona tanışı Elmir Əliyevin kömək etdiyini bildirib.
Davam etdirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsi olaraq Elmir Əliyev respublikanı tərk etmək istəyən zaman saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Eşqin Qasımov,
polis leytenantı