Bakıda avtomobil piyadanı vurub öldürdü

Hadisə

Paytaxtın Suraxanı rayonunda avtomobil piyadanı vurub öldürüb.

DİN-dən verilən məlumata görə, sentyabrın 3-də, saat 22:00 radələrində Bakı şəhər sakini Elnar Salışevidarə etdiyi "Mazda” markalı avtomobillə yolu keçən paytaxt sakini Taleh Xalıqovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.