Bakıda bağ evindən 12 min dollarlıq OĞURLUQ

Hadisə

Bakıda məişət əşyaları oğurlamış şəxs tutulub. Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər veririk ki, Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən fevralın 25-də rayon ərazisindəki bağ evlərindən birindən 12.000 ABŞ dolları dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şəki şəhər sakini Qalib Əhmədov tutulub.

Araşdırma aparılır.