Türkiyədə daha bir azərbaycanlı uşaq öldü
- 15-08-2018, 12:48
- 1 313
Türkiyə mətbuatına istinadən xəbər veririk ki, onun ölümünə sürdüyü motosikletin dərəyə yuvarlanması səbəb olub.
Nail Quliyev adlı yeniyetmənin öldüyü qəza İzmirin Berqama rayonunda qeydə alınıb.
Məlum olub ki, onun ölümünə motosikleti kasksız idarə etməsi səbəb olub. Yeniyetmənin meyiti Berqama Necla Mithat Öztüre Dövlət Xəstəxanası morquna aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.