Sürücü piyadanı maşınla vurub, qaçdı

Hadisə

Abşeron rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər veririk ki, hadisə rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, avqustun 12-də saat 3 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.