Gəncə olaylarının fəal iştirakçısı ölkədən qaçarkən saxlanıldı
- 6-08-2018, 16:04
- 1 167
Dövlət Sərhəd Xidmətinə istinadən verdiyimiz xəbərə görə, avqustun 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.