Bakıda ana azyaşlı qızından polisə şikayət etdi - Evdən 47 min dollar oğurlayıb
- 2-08-2018, 12:42
- 1 251
“Sputnik”ə istinadən xəbər veririk ki, külli miqdarda oğurluq hadisəsi paytaxtın Yasamal rayonunda baş verib. Bu barədə Yasamal RPİ-dən bildirilib.
Belə ki, iyulun 31-də 38 yaşlı L.A. yaşadığı mənzildən 47 min dollar pulun oğurlanması ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Qadının sözlərinə görə, mənzildən oğurluq 25 iyun - 30 iyul tarixlərinə təsadüf edib. Zərərçəkmiş 16 yaşlı qızından şübhələndiyini, oğuluqda onun əli olduğunu açıqlayıb.
Azyaşlının pulu evdən hansı şəraitdə və nə məqsədlə oğurlaması araşdırılır.