Azərbaycanda daha bir ana ölümü

Hadisə

Hacıqabulda uşaq dünyaya gətirən ana vəfat edib. Bakı sakini 1978-ci il təvəllüdlü Kərimova Yeganə Məhəbbət qızı Hacıqabulda doğum evində uşaq dünyaya gətirib. Doğuşdan sonra qadının halı pisləşib. Y.Kərimova Şirvan Şəhər Xəstəxanasına çatdırılarkən yolda keçinib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.