Qayın kürəkəni bıçaqladı — Abşeronda

Hadisə

Abşeron rayon sakini qaynı tərəfindən bıçaqlanıb.
Hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, rayon sakini, 1976-cı il təvəllüdlü Müşviq Zakir oğlu Abbasov yaşadığı evdə qaynı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.