Zaqatalada itkin düşən çobanın meyiti tapıldı
- 26-07-2018, 19:15
- 1 886
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazisində naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkar olunub.
Hazırda Qurban İbrahimovun meyitinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir.