Bu gün Rusiyanın Stavropol şəhərində ağır qəza baş verib. Rusiya KİV-nə istinadən xəbər veririk ki, Moskva-Bakı marşrutu üzrə hərəkət edən “Mercedes” markalı avtobus “Ford” və “VAZ 2110” markalı minik avtomobilləri ilə toqquşub.
Qəza zamanı 13 nəfər xəsarət alıb, onlar arasında azərbaycanlıların da olduğu qeyd edilir.